Ərəb ölkələri İsrailə qarşı təzyiqi artırır
13 İyun 2010 Bazar 21:15
Ərəb Ölkələri Liqasının baş katibi son 3 ildə ilk dəfə Qəzzaya gəlib.
Ərəb Ölkələri Liqasının baş katibi Əmr Musa Qəzzanın blokadadan çıxarılmasını tələb edən bəyanat verib. Qəzzaya gələn baş katib bildirib ki, İsrail dünyanın fikirlərini nəzərə almalı və mövqeyində dəyişiklik etməlidir. “Qəzzanın blokadası aradan qaldırılmalıdır. Ərəb Ölkələri Liqasının blokadanın yarılması barədə verdiyi qətnamə olduqca aydındır. Tələb heç bir şərt irəli sürülmədən yerinə yetirilməlidir. Bütün dünya Fələstin və konkret olaraq Qəzzada yaşayan əhalinin tərəfindədir və bütün dünya İsrailin Qəzzanı blokadada saxlamasına, işğal olunmuş ərazilərdə və Qüdsdə baş verənlərə qarşıdır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, son 3 ildə ilk dəfə Qəzzaya gələn Əmr Musa Qəzzaya Rafah terminalından keçib. Ekspertlər Ə.Musanın Qəzzaya səfərini 2 həftə bundan öncə İsrail Hərbi Dəniz Qüvvələrinin “Azad Qəzza” gəmilərinə hücum etməsi ilə əlaqələndirir. Ə.Musa Qəzzaya səfəri çərçivəsində HƏMAS lideri İsmayıl Haniyə ilə görüşüb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar