Ərəb ölkələri ABŞ-a yenə vaxt verdi
09 Oktyabr 2010 Şənbə 09:20
Birləşmiş Ştatlar bir ay ərzində İsraili razı salmalıdır.
Liviyanın Sirte şəhərində bir araya gələn ərəb ölkələrinin xarici işlər nazirləri Qüdsdə yaşayış məskənləri inşasının dayandırılması ilə bağlı İsraili razı salmaq üçün Birləşmiş Ştatlara daha bir ay vaxt verib.

Bu güzəşt müddəti ilə bağlı təklif Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas tərəfindən irəli sürülüb. Fələstin tərəfi İsrailin inşaat işlərinin dayandırılması ilə bağlı moratorium müddətini uzatmaycağı təqdirdə danışıqlar masasına əyləşməyəcəklərini bildiriblər.

22 ərəb dövlətindən olan xarici işlər nazirləri vəziyyətlə əlaqədar İsrail hökumətini qınayaraq Fələstin ərazilərində inşaat işlərinin davam etdirilməsinin acı nəticələri barədə xəbərdarlıq edib.

Ərəb Liqasının nümayəndəsi Əhməd bin Helli qrupun Abbasın mövqeyini dəstəklədiyini qeyd edərək danışıqların bərpa olunması üçün inşaat işlərinin təmamilə dayandırılmasının zəruriliyni vurğulayıb. Məsələ ilə bağlı İsrail hökuməti rəyini hələ açıqlamayıb.

Xatırladaq ki, Birləşmiş Ştatların dəstəyi ilə İsraillə Fələstin arasında birbaşa danışıqlar bu ilin sentyabr ayında başlasa da, sonradan məlum inşaat işləri ilə əlaqədar yenə dayandırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar