Ərəb nazirin sandaletləri
24 Mart 2011 Cümə Axşamı 00:25
BƏƏ-li nazir Türkiyə baş naziri ilə görüşə sandaletlə gəlib
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ötən gün Bəhreyn xarici işlər naziri şeyx əl-Xəlifə və Birləşmiş Ərəb Əmrliklərinin (BƏƏ) xarici işlər naziri şeyx Abdullah bin Zayed əl-Nahayanı qəbul edib. Baş nazir Ərdoğan ayrı-ayrı qəbul etdiyi XİN rəhbərləri ilə müxtəlif məsələləri müzakirə edib. Görüşdə, ayağında sandaletlə iştirak edən BƏƏ-nin baş diplomatıyla isə Ərdoğan zarafat edib: “Bizim ölkədə havalar soyuqdur. Siz tərəflərə oxşamaz. Sonra üşüməyin”.
Əcnəbi nazir isə Rəcəb Tayyib Ərdoğanın bu zarafatına, “problem yoxdur” – deyərək cavab verib.
DOSTLARINLA PAYLAŞ: