Ereb Birliyi Xarici İşler nazirlerinin toplantısı başladı
02 Sentyabr 2013 Bazar Ertəsi 01:04
Ereb Birliyi Xarici İşler nazirlerinin toplantısı başladı. Toplantıda ABŞ-ın Suriyaya herbi müdaxile ehtimalının bölgede doğuracağı menfi neticeler müzakire olunur.
Ərəb Birliyi Xarici İşlər nazirləri Misirin paytaxtı Qahirədə bir aaraya gəldilər.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, yığıncaqda, Suriyada yaşanan böhran və ABŞ-ın Suriyaya hərbi müdaxilə ehtimalının bölgədə doğuracağı mənfi nəticələr müzakirə olunur.
Yığıncaq iştirakçılarının Suriyada kimyəvi silahdan istifadəni qınadıqları bildirilir.
Qeyd olunur ki, iştirakçılar BMT Təhlükəsizlik Şurasına müraciət edərək, törətdiyi qırğınlara görə Əsəd rejiminə qarşı sərt tədbirlərin görülməsini tələb edəcəklər.
DOSTLARINLA PAYLAŞ: