“Ərəb Baharı”nın anası həbs olundu
18 İyul 2012 Çərşənbə 04:25
Buazizinin anası hakimlərdən birini təhqir etdiyi üçün həbs olunub.
Tunisdə özünü yandıraraq ölkəsində və ərəb dünyasında “Ərəb Baharı” adlı inqlabı başladan səyyar satıcı Məhəmməd Buazizinin anası həbs olunub. Buna səbəb kimi Mənubya Buazizinin hakimi təhqir etməsi barədə iddialar irəli sürülüb. Hadisəni şərh edən Tunis ədliyyə naziri Nürəddin Əl Buhayri heç kimin qanunlardan üstün olmadığını deyib.

“Buazizinin anası hakimlərdən birini təhqir etdiyi üçün həbs olunub. Heç kim qanunlardan daha üstün deyildir. İnqlab məhkəmələrə istiqamətlənmiş təzyiqləri ləğv edib” – deyə ədliyyə naziri qeyd edib.

Xatırladaq ki, 2010-cu ildə səyyar satıcı Məhəmməd Buazizinin özünü yandırması ilə Tunisdə və 350 milyonluq ərəb dünyasında xalq üsyanları başlamış, illərdir ölkəsini idarə edən diktatorların devrilməsi ilə nəticlənən inqlablar baş vermişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar