Ərə getməyən qadın 125 il ömür yaşadı
25 Avqust 2009 Çərşənbə Axşamı 18:35
Tayvanlı Xu Yemeyə ailə qurmaq nəsib olmadı
Tayvanda planetin ən yaşlı sakinlərindən biri - 125 yaşlı Xu Yemey dünyasını dəyişib. ANS PRESS-in "İtar-tass"a istinadən verdiyi xəbərə görə, onun şəxsiyyət vəsiqəsindəki qeyd qadının 1885-ci il 10 fevral tarixində dünyaya gəlməsindən xəbər verir.
Planetin uzun ömürlü sakini Tayvanın dağ kəndlərindən birində yaşayan yerli tayfalardan birinin - "bunun" milli azlıqlarının nümayəndəsi idi.
Təmiz hava və fəal həyat tərzi sayəsində Xu Yemey demək olar ki, həyatı boyu xəstəliyin nə olduğunu bilməyib. O, gənclik vaxtlarından hər gün dağlara çıxar, odun doğrayar və darı səpərmiş.
"Sakit xarakter və təbiətlə təmasda olması da onun uzunömrlülüyünün sirrlərindəndir", - deyə qarının bacısı oğlu bildirib.
Ən maraqlısı da odur ki, o heç zaman ərdə olmayıb.
DOSTLARINLA PAYLAŞ: