Ərdoğanın yolu üzərində şübhəli paket
06 Noyabr 2010 Şənbə 12:55
Ərdoğanın yolu üzərində şübhəli paket. Ankara polisi təşvişə düşüb.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın keçəcəyi magistralda aşkarlanan şübhəli paket Ankara polisini "ayağa qaldırıb". Baş nazirin keçəcəyi küçədə avtomaşınların hərəkəti dayandırılıb. Ərazidə təhlükəsizlik tədbirləri görüldükdən sonra Ərdoğanın konvoyu həmin yoldan keçib.
Bundan sonra isə bombanı zərərsizləşdirən qrup şübhəli paketi partladıb. Məlum olub ki, paketin içindəki sadəcə zibil olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: