Ərdoğanın səsinin batması AKP-yə yaradı
28 Mart 2014 Cümə 07:54
Bir qrup şəhər sakini hakim Ədalət və İnkişaf Partiyasına üzv olub.
Türkiyənin Siirt şəhərində bir qrup şəhər sakini hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olub.
ANS PRESS-in xəbərinə görə, bu, baş nazir Ərdoğanın batmış səslə Van şəhərində mitinq keçirməsindən sonra baş verib.
Sosial şəbəkədə xəbərləşərək şəhər mərkəzində toplaşan gənclər AKP-nin seçki qərargahına qədər yürüş keçiriblər.
Qərargahın qarşısında yallı gedən gənclər daha sonra AKP-yə üzv olublar.
Siirtin AKP-dən olan bələdiyyə sədri və AKP-nin bələdiyyə sədrliyinə yeni namizədi də bu gənclərə dəstək verib.
DOSTLARINLA PAYLAŞ: