Ərdoğanın qardaşı oğlu həbs edilib
12 Fevral 2010 Cümə 10:45
O, 50 kq narkotiklə ələ keçirilib
Türkiyə polisi Diyarbəkir şəhərindən İstanbul şəhərinə 50 kiloqram narkotik gətirən 12 nəfəri saxlayıb. Türkiyədə nəşr olunan "Vatan" qəzetinin yazdığına görə, saxlanılanlar arasında Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın qardaşı oğlu Mehmet Ərdoğan da var. Məlumata görə, Baş nazir məsələyə çox qısa olaraq belə münasibət bildiririb: "Qanun nə deyirsə, onu da edin".

Saxlanılanlar əvvəlcədən planlaşdırılan əməliyyat nəticəsində ələ keçiriliblər. Onlardan 7-si həbs olunub, Mehmet Ərdoğan da onların arasındadır.

Qeyd edək ki, saxlanılan Mehmet Ərdoğanın atası vəfat edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar