Erdoğanın oğlu etirazçılara qoşuldu
16 Avqust 2013 Cümə 18:55
Bilal Erdoğan Misirde baş verenlere etirazını bildiren aksiya iştirakçıları ile birge namaz qılıb.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Misirdə baş verənlərə etirazını bildirən aksiya iştirakçılarına qoşulub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Fatih məscidində toplaşaraq Misirdə öldürülənlər üçün cənazə namazı qılan bir qrup etirazçı ilə qarşılaşan baş nazirin oğlu Bilal Ərdoğan da onlara qoşulub. Bilal Ərdoğan arxa sıralarda cənazə namazı qıldıqdan sonra etirazçılardan ayrılıb.

Qeyd edək ki, Bilal Ərdoğanla yanaşı Fatih bələdiyyə başqçısı Mustafa Dəmir də namaz qılanlar arasında olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar