Ərdoğanın Moskvaya səfəri başlayır
15 Mart 2011 Çərşənbə Axşamı 03:04
Baş naziri Rusiya səfərində yeddi nazir və 200-ə yaxın iş adamı müşayiət edəcək
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyaya üçgünlük işgüzar səfərə gedəcək. O, səfər çərçivəçsində Rusiya prezidenti Dmitri Medvedevlə və baş nazir Vladimir Putinlə görüşəcək, Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.
Rəcəb Tayyib Ərdoğanın Moskva səfəri iki ölkə arasında imzalanmış dostluq müqaviləsinin 90-cı ildönümünə təsadüf edir. Səfər zamanı ticari-iqtisadi əməkdaşlıq, o cümlədən, Türkiyədə ilk Atom Elekrik Stansiyasının, Samsun-Ceyhan neft kəmərinin və “Cənub axıın” qaz kəmərinin inşası müzakirə ediləcək. Bundan başqa, hökumətlərarası komissiyanın bu yaxınlarda Kazanda keçirilmiş 11-ci iclasının yekunlarının da müzakirə planlaşdırılır.
Rusiya prezidentinin mətbuat xidmətinin məlumatına görə, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında əsas yeri ticari-iqtisadi məsələlərin müzakirəsi tutacaq.
Rəcəb Tayyib Ərdoğanı Rusiya səfərində yeddi nazir, o cümlədən, xarici işlər, energetika, sənayen, kənd təsərrüfatı nazirləri, eləcə də işcüzar dairələrin 200-ə yaxın nümayəndəsi müşayiət edəcək.
DOSTLARINLA PAYLAŞ: