Ərdoğanın məsləhətçisi Mustafa Varank polis idarəsinə aparıldı
30 Mart 2014 Bazar 11:56
Mustafa Varankla və jurnalist arasında şəkilə görə mübahisə düşüb.
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın məsləhətçisi Mustafa Varank polis idarəsinə aparılıb. ANS PRESS-in məlumatına görə, hadisə Ərdoğanın Sarıyerdə keçirdiyi mitinq zamanı baş verib.
“Zaman” qəzetinin Dərviş Gənç adlı müxbiri, mitinq zamanı telefonla danışan Mustafa Varankın gizli yolla şəkilini çəkməyə çalışıb. Bunu görən Varank jurnalistə əsəbləşib və tərəflər arasında Ərdoğanın digər köməkçilərinin də iştirakı ilə mübahisə yaranıb.
Mustafa Varank müxbirdən polisə şikayət edib. Polis isə hər iki tərəfi şöbəyə aparıb. Tərəflər polis idarəsində ifadə verdikdən sonra sərbəst buraxılıblar.
DOSTLARINLA PAYLAŞ: