Ərdoğanın lətifə söhbəti ermənilərin qəzəbinə səbəb olub
22 May 2013 Çərşənbə 11:30
Türkiyənin baş nazirindən xristian icmasından üzr istəməsi istənilib.
Bir qrup erməni Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və mədəniyyət naziri Ömər Çəlikin xristian icmasından üzr istəməsini tələb edib. Buna səbəb baş nazir Ərdoğanın mədəniyyət naziri Ömər Çəlikdən eşitdiyi lətifəni tədbirlərdən birində danışması və tədbir iştirakçılarının gülməsi olub.

Məlumata görə, Ərdoğan “Ağıllı insanlar” heyətinin iclasında mədəniyyət nazirinə istinad edərək belə bir lətifə danışıb: Bir nəfər Allaha dua edərək, tanrım, məni böhtandan qoru – deyir. Bu vaxt göy guruldayır və cavab gəlir ki, böhtandan mən də bezaram. Mənə də İsanın atası deyirlər.

Tədbirdə gülüşmələrə səbəb olan bu hadisəni “Hürriyet” qəzetinin köşə yazarı Mehmet Yılmaz öz səhifəsində yazıb. Erməni icması isə bu lətifənin xristianlığın ləyaqətinə toxunduğunu hesab edərək sosial şəbəkələrdə bu hərəkəi kəskin pisləyiblər və baş nazirlə mədəniyyət nazirini üzr istəməyə çağırıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar