Ərdoğanın kortejində qəza
05 İyun 2012 Çərşənbə Axşamı 02:38
Türkiyə baş nazirini müşayiət edən jurnalistlər qəzaya düşüb.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı müşayiət edən avtomobil kortejindəki jurnalistlər qəzaya düşüb. Hadisə ötən axşam İstanbulda baş nazir Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas və Şimali İraq yerli kürd idarəsinin rəhbəri Neçrivan Bərzani ilə görüşdən qayıdarkən baş verib. Məlumata görə, “İhlas” agentliyi (İHA) müxbiri və operatorunun olduğu avtomobil “Doğan” agentliyi (DHA) əməkdaşlarının olduğu avtomobilə arxadan çırpılıb. DHA-nın avtomobili isə öz növbəsində qarşısında olan İstanbul Yol polisi idarəsinə aid xidməti avtomobilə çırpılıb.

Qeyd edək ki, qəza nəticəsində müxbirlər yüngül xəsarətlər alıb. Qəzanın baş verdiyi yolda isə avtomobillərin hərəkəti bir müddət məhdudlaşdırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar