Ərdoğanın heyəti Ukraynada hücuma məruz qaldı
26 Yanvar 2011 Çərşənbə 01:35
Baş nazirin cangüdənlərinin binaya buraxılmaması qalmaqala səbəb olub.
Ukraynada rəsmi səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın cangüdənləri hücuma məruz qalıb. Hadisə baş nazir Ərdoğan Türkiyə-Uktayna iş şurasının iclasına gedərkən baş verib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan iclasın keçirildiyi konqres mərkəzinə girdikdən sonra binanın mühafizəçiləri qapını bağlayaraq baş nazirin cangüdənlərini içəriyə buraxmayıb. Bu isə tərəflər arasında yumruq davasına səbəb olub.

Baş vermiş dava-dalaşdan baş nazirin müşavirlərindən biri də nəsibini alıb. Belə ki, Ərdoğanın müşaviri Çağatay Kılıç qarnından yumruq zərbəsinə məruz qalıb.

Daha sonra Taras Şevçenko” universitetinin iqtisad üzrə “Fəxri Doktoru” olan Ərdoğanın bu gecə Türkiyəyə qayıtması gözlənilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar