Ərdoğanın “ərəb baharı” ölkələrinə səfəri başlayır
13 Sentyabr 2011 Çərşənbə Axşamı 03:31
Türkiyənin hökumət başçısı Misir, Liviya və Tunisdə demokratiya quruculuğuna dəstək verəcək
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün “ərəb baharı” ölkələrinə (Misir, Liviya, Tunis) səfərə yola düşəcək. Səfərin məqsədi bu ölkələrdə demokratiya quruculuğuna dəstək vermək, eləcə də, Yaxın Şərq bölgəsində strateji tərəfdaşlıq məsələlərini müzakirə etməkdir.

Rəcəb Tayyib Ərdoğanın səfəri Misirdən başlayacaq. Bu ölkə Türkiyənin Yaxın Şərqdəki daha perspektivli müttəfiqidir. Bu baxımdan, Türkiyənin hökumət başçısının Qahirə səfəri xeyli məhsuldar olacaq və təkcə siyasi və iqtisadi sahədə yox, həm də mədəni və dini sahələrdə əməkdaşlıq məsələri müzakirə ediləcək. Rəcəb Tayyib Ərdoğan bu gün Misirin fəaliyyətdə olan rəhbəri, Silahlı Qüvvələrin Ali Şurasının başçısı marşal Hüseyn Tantavi və baş nazir İsam Şərəflə görüşəcək.

Səfər Misir və Türkiyənin İsraillə münasibətlərinin gərginləşməsi baxımından xüsusi maraq kəsb edir. Türkiyə bir ildən çoxdur ki, İsraildən humanitar karvana 9 Türkiyə vətəndaşının ölümü ilə nəticələnən hücuma görə üzr istəməyi tələb edir. Misir isə bir müddət əvvəl İsrail hərbçilərinin birgə sərhəd bölgəsində səhvən güllələdiyi altı hərbçisini itirib.

Rəcəb Tayyib Ərdoğan Qahirədə Ərəb Dövlətləri Liqasının baş katibi Nabil əl-Ərəbi ilə də danışıqlar aparacaq. Bundan başqa, Türkiyənin baş nazirinin ərəb və İslam dünyasına müraciəti də gözlənilir. Onun iki il əvvəl əanaloji müraciətlə çıxış etdiyi Qahirə Universitetinin tribunasından çıxış edəcəyi planlaşdırılır.

Qazirədə Misir-Türkiyə Strateji Tərəfdaşlış Şurası elan ediləcək və ilk iclası keçiriləcək. Ekspertlərin fikrincə, Şuranın yaradılması Türkiyə və Misirin regional nüfuzunun artırılmasına, eləcə də, Yaxın Şərqdəki ciddi problemlərin həllinə yönəlib.

Rəcəb Tayyib Ərdoğanın sıx qrafikinə iqtisadi və ticari protokolların imzalanması, nüfuzlu “Əl-Əzhər” universitetinin şeyxi Əhməd ət-Təyyiblə danışıqlar, Qahirədəki Türkiyə mədəniyyə mərkəzinin açılışı, Misir ziyalıları və iri partiyaların nümayəndələri ilə görüş də nəzərdə tutulub.

Türkiyənin baş naziri Misirin ardınca Liviya və Tunisə də səfər edəcək. O, gənc ərəb demokratiyalarına Ankaranın siyasi və iqtisadi dəstəyini vəd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar