Ərdoğanın Akil insanlar qrupunda erməni də var
03 Aprel 2013 Çərşənbə 07:15
Türkiyə rəhbəri sülh danışıqları prosesinə dəstək üçün yazar və sənətçilərin yardımlarına müraciət edib.
Ötən gün partiyasının qrup iclasında çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan “Aqil insanlar” heyəti müəyyənləşdirdiklərini deyib. Ərdoğan, PKK terror təşkilatı ilə sülh danışıqları prosesinin müzakirə ediləcəyi “Aqiln insanlar”la aprelin 4-də ilk görüşünü keçirəcək. Qeyd edək ki, rəsmi Ankara sülh danışıqlarına dəstək üçün bir çox tanınmış akademik, jurnalist, yazıçı, aktyor və müğənninin fikirlərindən istifadə edəcək.

“Həm onların fikir və təkliflərinə qulaq asacağıq, həm də onlar bu məqsədlə bəzi tədbirlər keçirəcəklər. Konfrans keçirilə bilər, birbaşa görüş ola bilər, mətbuatla görüşülə bilər. Onlar bir aylıq vaxt ərzində fəaliyyətləri barədə hesabat hazırlayıb bizə təqdim edəcəklər. Bu prosesdə nə qədr fəal olurlarsa-olsunlar aşkardır ki, Türkiyənin bütün yazarlarına, sənətçilərinə ehtiyac var” – deyə baş nazir Rəcəb Tayyib Ərdoğan bildirib.

Qeyd edək ki, sayları təxminən 40-a yaxın olacaq heyətin tərkibində erməni əslli jurnalist-yazar Etyem Mahçupyan da var.

Məlumata görə, bu qrupda iştirak etməkdən imtina edənlər də olub. Müğənni Sezen Aksunun səhhətindəki problem səbəbindən, yazar Taha Akyolun isə qeyri-müəyyən səbəblə “Aqil insanlar” heyətinə qatılmayacağı bildirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar