Ərdoğandan qeyri-adi yenilik
01 Fevral 2013 Cümə 05:48
TRT-dən “Ulusa səsləniş” adı ilə yayımlanan proqram “Millətə xidmət yolunda” adıyla təqdim olundu.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın hər ayın son gecə xalqa mürciət etdiyi verilişin adı və formatı dəyişilib. Hər ay ölkənin ictimai kanalı oan TRT-dən “Ulusa səsləniş” (Xalqa müraciət) adı ilə yayımlanan proqram ötən gecədən etibarən “Millətə xidmət yolunda” adıyla təqdim olundu.
Qeyd edək ki, Ərdoğanın ay ərzində gördüyü işlər və apardığı islahatlar barədə məlumat verdiyi verilişin formatında da dəyişiklik olub. Belə ki, bundan sonra proqramda baş nazirin həyata keçirdiyi icraatlar barədə video-görüntülər nümayiş olunacaq, ay ərzində meydana gələn bəzi əhəmiyyətli hadisələr də dəyərləndiriləcək.
DOSTLARINLA PAYLAŞ: