Ərdoğandan İsrailə qarşı həmlə
09 Sentyabr 2011 Cümə 02:46
“Bizim dövlət tərbiyəmiz İsrailin etdiyi səhvləri təkrar etməyə izn vermir”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qəzzaya yardım aparacaq gəmiləri hərbi donanmanın müşayiət edəcəyini deyib. Bu barədə “Əl Cəzirə” telekanalının ərəbcə yayımına verdiyi müsahibədə danışan Ərdoğan bundan sonra humanitar yardım aparcaq gəmilərin “Mavi Mərmərə” kimi hücuma məruz qalmayacağını deyib. Baş nazir həmçinin Türkiyənin beynəlxalq sularda İsrailin etdiyi səhvləri təkrarlamayacağını bildirib: “Türkiyənin dövlət tərbiyəsi, hərbi tərbiyəsi belə şeylərə izn verməz. Bizim hədəflərimiz dünyada zülmün qarşısını almağa, məzlumun yanında olmağa istiqamətlənib. Bu məzlum xalqı İsrail 15-16 gün bombardıman edib. Hal-hazırda çadırlarda yaşayan bu insanların ərzaqa, geyimə, dərmana, məktəbə, xəstəxanaya ehtiyacı var. Biz bu ölkədə hüququn təsis edilməsini istəyirik. Hüququn təsis olunmamasına tamaşaçı qalmaq mümkün deyil”.
Rəcəb Tayyib Ərdoğan həmçinin Aralıq dənizinin təbi sərvətlərindən sadəcə İsrailin istifadə etməsinə izn verməyəcəklərini deyib.
DOSTLARINLA PAYLAŞ: