Ərdoğandan erməni mesajı
22 Dekabr 2010 Çərşənbə 10:25
Türkiyənin baş naziri jurnalistlərin qətnamə ilə bağlı suallarını cavablandırıb
Qondarma erməni soyqırımı məsələsi ABŞ Konqresinin Nümayəndələr Palatasının gündəmində yoxdur. ANS PRESS-in CNNTürk-ə istinadən verdiyi xəbərə görə, bu bəyanatla Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Baş nazir jurnalistlərin “ABŞ prezidenti Barak Obamaya “erməni soyqırımı” qətnaməsi ilə bağlı yazdığınız məktuba cavab gəldimi? Bu qətnamənin gündəmə gəlməyəcəyi ilə bağlı sıqnal aldınızmı?” kimi suallarına belə cavab verib:
“Biz hazırda prosesi izləyirik. Qondarma erməni soyqırımı qətnaməsi gündəmdə yoxdur. Lakin onun hazırda gündəmdə olmaması, ümumiyyətlə olmayacağı mənasına gəlmir. Bəlkə son anda bəzi şeylər ola bilər. Bizə həmişə Milad bayramını sülh-sevgi bayramı kimi anladıblar. İndi sülh və sevgini müdafiə edənlərin bu anlamın arxasında duracaqlarına inanıram”.
DOSTLARINLA PAYLAŞ: