Ərdoğana sui-qəsdlərin qarşısı alınıb
25 Yanvar 2013 Cümə 13:13
Bu barədə Türkiyənin daxili işlər naziri İdris Naim Şahin bildirib
Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğana sui-qəsdlər təşkil olunduğu bildirilir. Belə sui-qəslərin birində silah çörəyin içində gizlədilib. Amma bütün bunlara baxmayaraq nazirə qarşı planlaşdırılan bütün sui-qəsd təşəbbüslərinin qarşısı uğurla alınıb. ANS PRESS-in məlumatına görə, bu haqda açıqlamanı Türkiyə daxili işlər naziri İdris Naim Şahin verib.

"Vatan" qəzeti yazır ki, daxili işlər naziri İdris Naim Şahin müxtəlif zamanlarda həm baş nazir, həm də prezident Abdullah Gülə qarşı sui-qəsdlərin təşkil olunduğunu deyib.

Nazir əlavə edib ki, Ərdoğana sui-qəsdlə bağlı 7 nəfər həbs edilib. O, belə hadisələrdən birini danışıb: "Bir dəfə Ərdoğan partiya avtobusuna əyləşəndə, həmin an başqa bir şübhəli şəxs də avtobusa mindi. Polis axtarış zamanı o şəxsin çantasından iki çörək tapdı. Onlardan birinin içində tapança gizlədilmişdi".



DOSTLARINLA PAYLAŞ:

oyunlar