Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd planının qarşısı alınıb. ANSPRESS, “Cihan” agentliyinə istinadən xəbər verir ki, Təkirdağ şəhərində keçirilən mitinqdə şübhəli hərəkətlərinə görə bir nəfər saxlanılıb. Onun üstünü axtaran polis əməkdaşları tapanca aşkarlayıb. Baş nazirə qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs həbs edilib. Hazırda onun istintaqı davam edir və “Ergenekon”la əlaqələri araşdırılır. /ANSPRESS/