Türkiyənin baş. Naziri Rəcəb Tayyib Ərdoğan dayısının cənazə mərasimində Quran oxuyub. Ötən gün vəfat edən dayısının dəfn mərasimində iştirak edən baş nazir məzarda bir müddət ayaqüstə gözləyib. Daha sonra gətirilən stulda outran Ərdoğan Qurani Kərimdən bəzi ayələri oxuyub.
Qeyd edək ki, R.T.Ərdoğan “Bəqərə” surəsindən, “Əlif, lam, Mim. Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır. O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər. O kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar, Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır.” – ayələrini oxuyub.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan daha əvvəl də müxtəlif tədbirlərdə Quran oxumuşdu.