Ərdoğan xalqa müraciət etdi
31 İyul 2011 Bazar 11:48
Türkiyənin baş naziri yeni konstitusiyanın hazırlanmasına ehtiyac olduğunu deyib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ötən gün xalqa müraciət edib. Baş nazir Türkiyənin, demokratiyanın şübhə altına alındığı bir zamanda çətin şərtlər altında hazırlanan bir konstitusiya ilə yola davam edə bilməyəcəyini bildirib."Yeni konstitusiya keçmiş dövrlərin demoktratiya sahəsində qüsurlarından təmizlənmiş, təcridici deyil cəlbedici, yadlaşdıran deyil yaxınlaşdıran, ayrıseçkilik salan deyil bütövləşdirən, təzyiq edən deyil azadlıq verən bir konstitusiya olacaq", - deyə Ərdoğan bildirib.

Türkiyənin baş naziri 12 iyun seçkilərinin Türkiyədə demokratiyanın püxtələşdiyini, öncül standartlara çatdığını və hər bir məsələnin xalqın iradəsi ilə həll edildiyini vurğulayıb. Xalqa müraciətində iqtisadiyyatda inkişaf məsələlərinə də toxunan Rəcəb Tayyib Ərdoğan Türkiyənin inkişaf yolunda 2023-cü il hədəflərinə doğru inamla addımladığını bildirib. Baş nazir 2013-cü ildən başlayaraq, hər il 400 min işsizin işlə təmin ediləcəyi bir proqramın hazırlandığı da deyib.

Ərdoğan Türkiyənin terrorla mübarizədə attdığı addımlara davam edəcəyini, terrordan, qan və kindən bəslənənlərin, qardaşlığı hədəf alanların öz məqsədlərinə çata bilməyəcəklərini bəyan edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar