Ərdoğan və Obama arasında telefon danışığı olub
12 Avqust 2011 Cümə 02:55
Türkiyənin baş naziri və ABŞ prezidenti regional məsələləri və Suriyadakı vəziyyəti müzakirə ediblər
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. Türkiyə baş nazirinin mətbuat xidmətinin məlumatına görə, tərəflər regional məsələləri və Suriyadakı vəziyyəti müzakirə ediblər. Rəsmi Dəməşqin yaxın günlərdə atacağı addımları yaxından izləmək, bununla bağlı qarşılıqlı məsləhətləşmələri davam etdirmək qərara alınıb.
ABŞ prezidenti və Türkiyənin baş naziri Suriya hökumətinin mülki əhaliyə qarşı silahdan istifadə etməsindən narahatlıqlarını da ifadə ediblər. Hər iki lider bu ölkədə axan qanın kəsilməsi və xalqa qarşı zorakılığın dayandırılmasının zəruriliyini vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: