Ərdoğan Türkiyə prezidenti ola bilər
07 Dekabr 2011 Çərşənbə 07:12
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 2014-cü ildə keçiriləcək prezident seçkisində namizəd ola bilər.
Bu barədə məlumatı baş nazirin müavini Hüseyn Çelik verib. AKP-ni (hakim Ədalət və İnkişaf Partiyası) Himalay dağına bənzədən Çelik Ərdoğanı Comolonquma zirvəsinə oxşadıb. Baş nazirin ömürlük bu vəzifədə oturmayacağını deyən Hüseyn Çelik onun gələcəkdə prezident ola biləcəyini qeyd edib. “Seçkiyə 3 il var. Namizəd olsa partiya bunu öz daxilində həll edər. Biz böyük bir ailəyik. Üzvlərimizin sayı bəzi partiyaların yığdığı səsdən daha çoxdur. Partiyamız əvvəlkindən daha güclüdür. Bizdə lider lokomotiv deyil. Lokomotiv hərəkət edər, vaqonlar cansızdır. Lokomotiv totalitar rejimlərdə olur. Demokratik quruluşda isə lider drijor kimidir”.
Qeyd edək ki, parlamentar üsulla idarə olunan Türkiyədə prezidenti Türkiyə Böyük Millət Məclisi seçir.
DOSTLARINLA PAYLAŞ: