Ərdoğan: Sərhədləri aça bilmərik
10 Aprel 2009 Cümə 20:20
Rəcəb Tayyip Ərdoğan : «Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşma əldə olunmadan sərhədləri aça bilmərik»
«Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşma əldə olunmadan biz Ermənistanla yekun münaqivilə imzalaya bilmərik». ANS PRESS, "İhlas" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan hazırda məzuniyyətdə olduğu Antakya bölgəsində cümə namazından sonra juranalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Ankara və İrəvan arasında Yalnız baza prinsipləri ilə bağlı danışıqlar aparılması mümkündür: «Amma bu, Azərbaycanla Ermənmistan arasındakı problemin həllindən asılıdır. Əvvəlcə bunu həll etmək lazımdır».
Rəcəb Tayyip Ərdoğan hesab edir ki, Serj Sarkisyanın futbol üzrə Türkiyə-Ermənistan millilərinin oyununun izləmək üçün İstanbula gəlməsinin sərhədlərin açılması ilə heç bir bağlılığı yoxdur: «Prezidentimiz Abdullah Gül də Ermənistandakı oyunu izləməyə getmişdi. Bu, sərhədlərin açılması mənasına gəlməməlidir».
Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan, Türkiyə-Ermənistan sərhədlərinin payızda açıla biləcəyini açıqlamışdı. Türkiyə və Ermənistan millilərinin oyunu noyabrın 7-də keçirilməlidir.
 
/ANS PRESS/


DOSTLARINLA PAYLAŞ:

oyunlar