Ərdoğan Rusiyaya səfər edəcək
20 Yanvar 2011 Cümə Axşamı 17:25
Moskvada Rusiya-Türkiyə strateji planlaşdırma üzrə birgə qrupun iclası keçiriləcək.
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan bu ilin yazında Rusiyaya səfər edəcək. Bu məlumatı Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu verib. Onun sözlərinə görə, səfər çərçivəsində Rusiya-Türkiyə strateji planlaşdırma üzrə birgə qrupunun ikinci iclası keçiriləcək. “Əminəm ki, əməkdaşlıq bizim Rusiya ilə münasibətlərimizi genişləndirəcək və yeni səviyyəyə qaldıracaq”,- deyə XİN rəhbəri bildirib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə səfərdədir. Rusiya XİN-in məlumatına görə, Sergey Lavrovun səfəri çərçivəsində ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Tərəflər ekstremizm və terrorçuluqla mübarizədə qarşılıqlı yardım, Qara dəniz regionunda əməkdaşlıq məsələlərini müzakirə edəcək. Bundan başqa, Kipr və Yaxın Şərq nizamlanması, Cənubi Qafqaz, İraq, Əfqanıstan və Orta Asiyadakı vəziyyət də diqqət mərkəzində olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: