Ərdoğan ramazan ayının son cümə namazını küçədə qıldı
27 Avqust 2011 Şənbə 05:37
Baş nazirin cangüdənləri isə namaz qıldığı vaxt mətbuata Ərdoğanın şəklini çəkməyə izn verməyib
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan müqəddəs ramazan ayının axırıncı cümə namazını küçədə qılıb. Məlumata görə, İstanbul “Dolmabaxça” sarayında Liviya Müvəqqəti Keçid Şurasının icraçı sədri Mahmud Cibrili qəbul edən Ərdoğan daha sonra bəzi açılışlar üçün Şile rayonuna yola düşüb.

Yolda “Zöhr” azanının oxunması ilə baş naziri aparan kortec cümə namazını qılmaq üçün Çekmeköy rayonu Taşdelen məhəlləsindəki “Hz. Ömər” məscidinin qarşısında dayanıb. Burda məscidin dolu olması səbəbilə içəriyə girə bilməyən Ərdoğan namazı küçədə qılmalı olub. Baş nazirin cangüdənləri isə namaz qıldığı vaxt mətbuata Ərdoğanın şəklini çəkməyə izn verməyib.

Ərdoğan namaz qıldığı vaxt isə mühafizəçilər ətrafda olan azyaşlı uşaqlara oyuncaq paylayıb. Namazını btirdikdən sonra yerli sakinlərlə salamlaşan Ərdoğan daha sonra yoluna davam edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar