Ərdoğan qar duası istədi
07 Yanvar 2011 Cümə 13:25
Türkiyə baş naziri Ərzurumda xalqa müraciət edib
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yunanıstanlı həmkarı Yorqo Papandreu Dünya Universitetlərarası Qış Olimpiya Oyunlarının keçiriləcəyi Ərzurum şəhərində olub. Türkiyənin baş naziri yarışların startınadək Ərzuruma qar yağmasını arzulayıb.

“Hazırda Ərzurum şəhəri Türkiyənin heç yerində bənzəri olmayan bazaya sahibdir. Növbəti hədəfimiz Qış Olimpiya Oyunlarının da Ərzurumda təşkil edilməsinə nail olmaqdır. Ərzurumda bazalarda süni qar aparatları quraşdırılıb. Ancaq təbii qar altında Universitetlərarası Qış Olimpiya Oyunlarının keçirilməsini arzu edirik. Bunun üçün dua edin ki, qar yağsın”, - deyə xalqa müraciət edib.

Xatırladaq ki, Universitetlərarası Qış Olimpiya Oyunları yanvarın 27-də start götürəcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar