Ərdoğan qadınlara səslənib
19 İyul 2010 Bazar Ertəsi 12:20
Baş nazir Ərdoğan onlardan dəstək istəyib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə siyasi dəyişikliklərlə bağlı qadınlara səslənib. Ərdoğan onlardan dəstək gözlədiklərini deyib.
“Bizim millət hər zaman dəyişiklik və azadlığın tərəfdarı olub. Xüsusilə qadınlarımızın həm özlərini, həm də ölkəni maraqlandıran dəyişikliklər paketinə lazımi dəstək verəcəklərinə inanıram. Ortaya qoyacağınız mövqe Türkiyədə qardaşlığımıza, milli birliyimizə töhfə olacaq. Tənqid divarlarının yıxılacağına inanıram”, - deyə Türkiyənin baş naziri bildirib.
Xatırladaq ki, Türkiyədə sentyabrın 12-də konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı referendum keçiriləcək. Türkiyə Böyük Millət Məclisində sonra Konstitusiyanın 25 maddəsinə dəyişiklik edilib. Türkiyənin indiki konstitusiyası hərbi çevrilişdən iki il sonra - 1982-ci ildə qəbul olunub. Bu konstitusiyanın dəyişdirilməsi ətrafında müzakirələr 1990-cı illərdən başlayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: