Ərdoğan: “Polis dünən də orda idi, sabah da orda olacaq”
01 İyun 2013 Şənbə 15:32
Baş nazir Atatürk Kültür Mərkəzinin dağıdılacağını deyir
İstanbulun Taksim meydanında Gezi parkındakı kütləvi aksiyalarla bağlı Türkiyə baş Naziri Rəcəb Tayyib Ərdoğan ilk dəfə danışdı.

“Heç kimin ağaclar kəsilir deyə gərginliyi artırmağa ixtiyarı yoxdu. Biz bu cür hadisələri keçmişdə çox yaşadıq. Taksim Kışlası Taksimi zənginləşdirər dedik. Məsələ kəsilən ağac deyil, gəlinən nöqtə ideolojidir. Polis dünən orda idi, bu gün də ordadı, sabah da orda olacaq. Gözyaşardıcı qaz həddən artıq istifadə edilib. Daxili İşlər Nazirliyinə və valiliyə təlimat verilib, lazımi incələmələr aparılacaq. Atatürk Kültür Mərkəzini belə dağıtmalıyıq, yerində qürurlana biləcəyimiz Opera binası tikməliyik”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar