Erdoğan Obama ile görüşdü
16 May 2013 Cümə Axşamı 22:32
Barak Obama: Birləşmiş Ştatlar terrora qarşı mübarizədə hər zaman Türkiyənin yanındadır.
Bu gün Ağ evdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə görüşüb. ANS PRESS-in CNN Türk-ə istinadən verdiyi məlumata görə, görüş iki saatdan çox davam edib. İki lider görüşdən sonra mətbuat konfransı keçirib.

Barak Obama bəya edib ki, Birləşmiş Ştatlar terrora qarşı mübarizədə hər zaman Türkiyənin yanındadır. O, Hatay bölgəsinin Reyhanlı qəsəbəsindəki terror aktı ilə əlaqədar başsağlığı verib.

ABŞ prezidenti bildirib ki, Bəşər Əsəd rejiminə qarşı təzyiqlər və müxalifətlə əməkdaşlıqlar davam edəcək: “Bəşər Əsədin hakimiyyətdən getməyində qərarlıyıq. Suriyada nizamlamaya mane olan zorakılıq bitməlidir. Suriya məsələsində Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik”.

Rəcəb Tayyib Ərdoğan da deyib görüşdə əsas müzakirə mövzusu Suriya məsələsi olub. Onun sözlərinə görə, qanlı hadisələrin bitməsi üçün ABŞ və Türkiyə arasında məsləhətləşmələr mövcuddur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar