Ərdoğan Obama ilə görüşdü
27 İyun 2010 Bazar 05:00
Türkiyənin hökumət başçısı ABŞ prezidentindən PKK ilə mübarizədə dəstək istəyib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan “böyük səkkizliy”in sammitində iştirak etmək üçün getdiyi Torontoda ABŞ prezidenti Barak Obama ilə görüşüb. Bakı vaxtı ilə saat 02.15-də başlayan göoüşdə PKK ilə mübarizənin müzakirə mövzusu olduğu bildirilir. “CNN Türk”ün məlumatına görə, Rəcəb Tayyib Ərdoğan Barak Obamadan Türkiyənin terrorla mübarizəsində dəstək istəyib.
Görüşdə İsrailin Qəzzaya yardım aparan gəmilərə hücumu da müzakirə edilib. Qeyd edək ki, rəsmi Ankara İsrailin hücumuna Ağ Evdən sərt reaksiya gözləsə də, Vaşinqtondan gözlənilən açıqlama gəlməmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: