Ərdoğan müxalifəti Molla Nəsrəddin lətifəsi ilə vurdu
13 İyul 2011 Çərşənbə 07:01
CHP bir boykot icad etdi, bunu heç özü də bəyənmədi.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan partiyasının ilk qrup iclasında ölkə anamüxalifətini Molla Nəsrəddin lətifəsi ilə tənqid edib: “Molla Nəsrəddindən soruşublar, alimsən, biliklisən. Amma de görək bu günə qədər bir isadın, kəşfin oldumu? Molla Nəsrəddin, “qarla çörək yeməyi mən kəşf etdim. Amma bu heç mənim özümün də xoşuna gəlmədi” – deyib. İndi CHP də bunu edib. Bir boykot icad etdi, amma heç özünün də xoşuna gəlmədi”.
Baş nazirin danışdığı bu lətifə iclas iştirakçılarının qəhqəhə ilə gülməsinə səbəb olub.
Xatırladaq ki, Türkiyədə keçirilən parlament seçkisindən sonra ölkənin ana müxalifətçi Cumhuriyyət Xalq Partiyası (CHP) qrup qərarı ilə Milli Məclisdə and içərək mandatlarını almaqdan imtina etmişdilər. İki gün əvvəl isə partiya daxilində yarnmış narazılıqlar səbəbilə CHP üzvləri parlamentdə and içərək mandatlarını alıblar. ANSPRESS