Ərdoğan Moskvaya gedir
05 Yanvar 2010 Çərşənbə Axşamı 18:05
Ərdoğan Moskvaya gedir. Səfər Rusiya baş nazirinin dəvəti əsasında gerçəkləşəcək.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə 12-13 yanvar tarixlərində Moskvaya səfər edəcək. Səfər zamanı Ərdoğan Putinlə görüşəcək. Görüşdə iki ölkə arasındakı əlaqələrin gücləndirilməsi və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə ediləcək.
Səfər çərçivəsində enerji sahəsindəki əməkdaşlığa xüsusi önəm veriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: