Erdoğan: Men 100 faiz Aleviyem
18 İyul 2013 Cümə Axşamı 11:01
Türkiyenin baş naziri Hezreti Ali (AS) kimi yaşamağa çalışdığını deyib.
“Əgər Ələvilik Həzrəti Əlini (ƏS) sevməkdirsə mən 100 faizlik Ələviyəm”. "Doğan" agentliyinin (DHA) məlumatına görə, bu bəyanatla Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edib. Baş nazir Həzrəti Əli (ƏS) kimi yaşamağa çalışdığını deyib.
“Ələvilik Həzrəti Əlini (ƏS) sevmək deyilmi? Ələvi müsəlman deyilmi? Sünni də müsəlmandır. Əgər Ələvilik Həzrəti Əlini (ƏS) sevməkdirsə mən yüz faizlik Ələviyəm. Çünkü Həzrəti Əlini (ƏS) çox sevirəm. Mən onu necə sevməyə bilərəm? O necə yaşayırdısa, mən də elə yaşamağa çalışıram. Amma Ələviyəm deyib Həzrəti Əlinin (ƏS) həyat tərzindən uzaq olanlara da heç nə deyə bilmərəm”.
DOSTLARINLA PAYLAŞ: