Ərdoğan Londonda səfərdədir
31 Mart 2011 Cümə Axşamı 12:59
Görüşlərdə bir sıra regional və beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılıb
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyaya səfər edib. Onun bu gün Londonda Böyük Britaniya kraliçası 2-ci Yelizaveta ilə görüşü nəzərdə tutulub. Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyalı həmkarı Devid Kameron və onun köməkçisi Nik Kleqqlə də görüşərək. Birgə mətbuat konfransının keçirilməsi də planlaşdırılır.
İki hökumət başçısının görüşündə Türkiyə ilə Böyük Britaniya arasında siyasi, iqtisadi, ticarət sahəsində əlaqələr, Türkiyənin Avropa Birliyinə üzvlük məsələsi, Şimali Afrika və Yaxın Şərqdəki vəziyyət, Kipr məsələsi kimi bir çox regional və beynəlxalq mövzuların müzakirəsi gözlənilir. Rəcəb Tayyib Ərdoğanı səfərdə Türkiyəli nazirlər də müşayiət edir.
DOSTLARINLA PAYLAŞ: