Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi
27 İyul 2010 Çərşənbə Axşamı 13:00
Baş nazir Ərdoğan CHP rəhbərindən 50 min türk lirəsi təzminat istəyir.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dünən Türkiyənin Ordu vilayətində çıxışına görə Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu məhkəməyə verib. Baş nazir CHP rəhbərindən təzminat tələb edir.
Ərdoğanın vəkilləri Fatih Şahin və Muammer Cemaloğlunun məhkəməyə təqdim etdiyi iddiada Ordu mitinqində Kılıçdaroğlunun çıxışında baş nazirin şərəf və ləyaqətinə toxunan ifadələrin yer aldığı göstərilir.
Sənəddə Kılıçdaroğlunun baş nazir Ərdoğana ünvanlanan bəzi ittihamlarına diqqət çəkilir, bu ifadələrin söz azadlığının sərhədlərini keçdiyi qeyd edilir.
İddiaçı tərəf Kılıçdaroğlundan 50 min türk lirəsi təzminat tələb edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: