Ərdoğan İstanbulda üzünü qırxdırıb
19 Sentyabr 2009 Şənbə 03:40
Bərbəri yerində tapmayan baş nazir qapıda 10 dəqiqə onu gözləyib
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbulda bərbərə gedərək üzünü qırxdırıb. ANS PRESS “İnternethaber”ə istinadən xəbər verir ki, saat 11.00 radələrinə bərbərxanaya gedən Ərdoğan bərbər yerində olmadığı üçün 10 dəqiqə qapıda onu gözləyib. Çünki Ərdoğanın mühafizəçiləri baş nazirin gələcəyini xəbər vermiş, bərbər isə xüsusi qonağı üçün xüsusi təraş vasitələri almağa gedibmiş. Tayyib Ərdoğan bərbərdən ayrıldıqdan sonra jurnalistlərin “baş nazirdən neçə lirə aldın?” sualına bərbər, “baş nazirdən pul istəmək ayıbdır” – deyərək Rəcəb Tayyip Ərdoğanın özünün ona çaypulu verdiyini deyib, ancaq pulun məbləğini açıqlamayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar