Ərdoğan İran prezidenti ilə görüşüb
27 Oktyabr 2009 Çərşənbə Axşamı 18:10
Baş naziri Ərdoğanın İran səfərində Əhməd Davudoğlu və Taner Yıldız müşayiət edir
Pakistana səfərindən sonra Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İran prezidenti Mahmud Əhmədinejadla görüşüb. Türkiyə hökumət başçısının səfəri ilə əlaqədar İran prezidentinin sarayında xüsusi qarşılama mərasimi təşkil edilib. Prezident sarayında isə baş naziri İranın vitse-prezidenti Məhəmməd Rza Rəhimi qarşılayıb.
Rəcəb Tayyib Ərdoğan bu gün həmçinin İran xarici işlər naziri Manüçöhr Mottaki ilə görüşəcək, eləcə də Türkiyə İran iş adamlarının görüşündə çıxış edəcək.
Sabah isə baş nazirin İran parlamentinin spikeri Əli Laricani və ali dini lider Ayətulla Əli Xamneyi ilə görüşü gözlənilir. Görüşlərdə Türkiyə İran münasibətləri, eləcə də bir sıra beynəlxalq məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, baş naziri İran səfərində xarici işlər naziri Əhməd Davudoğlu və enerji naziri Taner Yıldız müşayiət edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: