Ərdoğan ilk dəfə səhhəti barədə danışdı: “4 kilo arıqlamışam”
18 Dekabr 2011 Bazar 05:01
“Hazırda sağalma mərhələsidir və bu mərhələdə diqqətli olmalıyam”.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan cərrahiyyə əməliyyatından sonra ilk dəfə jurnalistlərin qarşısına çıxıb. ANS PRESS-in “Doğan” agentliyinə istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan Liviya Milli Keçid Şurasının rəhbəri Mustafa Əbdülcəlillə birgə mətbuat konfransı keçirib.
Jurnalistlər baş nazirdən səhhəti barədə soruşublar. “Hazırda sağlam olduğum üçün qarşınızdayam”, - deyən Rəcəb Tayyib Ərdoğan bildirib ki, artıq bir neçə toplantıda iştirak edib və Türkiyəyə gələn qonaqlarla görüşləri davam etdirir: “Hazırda sağalma mərhələsidir. Ona görə də bu mərhələdə diqqətli olmalıyam. Sonra xarici səfərlər də olmaqla inşallah fəaliyyətimizi daha dagücləndirəcəyik. Hələlik İstanbul və Ankarada fəaliyyətimi davam etdirirəm. Heç bir problem yoxdur. Hər gün səhhətim yaxşılığa doğru gedir”.
Rəcəb Tayyib Ərdoğan cərrahiyyə əməliyyatında əməyi olan həkim və tibb bacılarına təşəkkürünü çatdırıb. O, jurnalistlərin sualına cavabında 4 kiloqram arıqladığını da deyib.
DOSTLARINLA PAYLAŞ: