Ərdoğan “İlin adamı” seçilib
05 Yanvar 2011 Çərşənbə 10:20
“CNN Arabic” saytı oxucular arasında səsvermə aparıb
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan “CNN Arabic” saytında aparılan səsvermənin nəticələrinə görə, “İlin adamı” elan olunub.

Türkiyənin baş naziri 74 faiz səs toplayıb. Onun ardınca isə 20 faiz səslə Suriya prezidenti Bəşər əl-Əsəd qərarlaşıb.

Səsvermənin yekunlarını şərh edən “CNN Arabic” yazır ki, bu Ərdoğanın və türk diplomatiyasının ərəb dünyasında artan nüfuzundan xəbər verir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar