Ərdoğan Hitler oldu
30 Oktyabr 2010 Şənbə 17:55
CHP AKP-yə təhqiredici sərgi hazırlayıb.
Türkiyənin Respublika günü münasibəti ilə Xalq Cümhuriyyət Partiyasının gənclər qolu “AKP Eziyetləri” adlı karikaturalar sərgisi hazırlayıb. Sərgidə CHP lideri Kamal Kılınçdaroğlu da iştirak edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, tədbirdə əsas diqqət çəkən rəsmlərdən biri Baş nazir Rəcəb Tayyip Ərdoğan və həyat yoldaşı, Baş nazirin müavini Bülent Arınç, AKP liderinin yardımçısı Əbdülqadir Aksu və Fətullah Qüllenin ağlayan şəkilləri olan lövhə olub. Şəkillərin altında isə “kimin göz yaşları sünidir?” deyə 5 variantlı sual soruşulub. Rəsmləri maraqla izləyən CHP lideri “hamısı” işarələnən variantı qaralayıb.

Sərgidə təqdim edilən eksponatlar arasında Türkiyə əyalətlərinin müxtəlif ölkələr arasında “bölündüyü” təsvir edilən “özəlləşdirilən Türkiyə” adlı xəritə də yer alıb. Məsələn, Türkiyənin əsas hissəsi- şərqi əyalətlər Rusiya və Ermənistan bayraqları ilə təsvir edilib. Türkiyənin Ermənistan təsvir edilən hissəsi Petkim neft-kimya şirkətinin loqosu ilə qeyd edilib.

Sərgidə digər maraqlı karikaturalar arasında Türkiyə Baş naziri Rəcəb Tayyip Ərdoğanın Hitler üslubunda təsvir edilməsi də xüsusi diqqət cəlb edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar