Ərdoğan Həzrəti Əlinin türbəsini ziyarət etdi
30 Mart 2011 Çərşənbə 01:35
İraqda məzhəb gərginliyinin pik həddinə çatdığı bir vaxtda Ərdoğanın bu ziyarəti yüksək qiymətləndirilir
İraqda rəsmi səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan müqəddəs Nəcəf şəhərinə gedərək İmam Əlinin (ə.s.) türbəsini ziyarət edərək burda dua edib. ANS PRESS “Internethaber”ə istinadən xəbər verir ki, bu, sünni bir liderin İmamın qəbrini ilk ziyarətidir. Ərdoğan türbədən çıxdıqdan sonra piyada şiələrin dini lideri Ayətullah Əli Sistanini ziyarət edib.
Qeyd edək ki, İraqda sünnilərlə şiələr arasında gərginliyin pik həddinə çatdığı bir vaxtda Ərdoğanın bu ziyarətləri yüksək qiymətləndirilir və tərəflərin yaxınlaşması üçün əhəmiyyətli bir addım kimi qəbul edilir.
Daha sonra Nəcəf şəhərindən ayrılan Rəcəb Tayyib Ərdoğan bəzi təmaslar üçün Şimali İraqın Ərbil şəhərinə gedib.
DOSTLARINLA PAYLAŞ: