Ərdoğan Əsədi soyqırım cinayətində ittiham edib
15 İyul 2012 Bazar 11:17
Ərdoğan: Əsəd rejiminin qatilləri Həmada əksəriyyəti qadın və uşaq omaqla 270 insanın ölümünə səbəb olublar.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşər Əsədi soyqırım cinayətində ittiham edib. Kocaeli şəhərində partiyasının mitinqində çıxış edən Ərdoğan bildirib ki, Suriya rejiminin törətdiyi insanlığa sığmayan zorakılıqlar rejimin hakimiyyəti tərk etməsini göstərən ayaq-səslərinə bənzəyir. Onun sözlərinə görə, artıq rejimlə bağlı deyiləcək heç bir söz qalmayıb.
"Əziz dostlar, ötən gün Suriyadan bir daha kədərli xəbər aldıq. Əsədin barbar rejiminin qatilləri Həma şəhərinin Trəmsə bölgəsində əksəriyyəti qadın və uşaq omaqla 270 insanın ölümünə səbəb olublar. Burada insanlar boğazları kəsilərək qətl yetirilir. Artıq rejimlə bağlı deyiləcək söz qalmaıyb. Bununla belə törədilən hər bir cinayət Əsədin hakimiyyəti tərk etməsini yaxınlaşdırır", - deyə Ərdoğan sözlərini ifadə edib.
Xatırladaq ki, İyul ayının 13-ündə Həma şəhərinin Trəmsə qəsəbəsində rejimin törətdiyi qətliam son zamanlarda bu ölkədə baş verən ən irimiqyaslı cinayət faktlarından biri olub. Həmin gün təhlükəsizlik qüvvələrinin helikopterdən qəsəbəyə bomba yağdırması nəticəsində azı 270 nəfərin öldürüldüyü bildirilir.
Onu da qeyd edək ki, Suriya müxalifətinin verdiyi məlumata görə, ölkədə iğtişaşlar başlayandan bəri 17 mindən çox insan öldürülüb. Həmçinin, yüzlərlə insanın həbs edilərək işgəncəyə məruz qaldığı bildirilir.
DOSTLARINLA PAYLAŞ: