Ərdoğan erməniləri özündən çıxarıb
17 Mart 2010 Çərşənbə 23:55
Ermənistanın baş naziri türkiyəli həmkarının bəyanatına reaksiya verib
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın BBC telekanalına müsahibəsi erməniləri özündən çıxarıb. Qeyd edək ki, türkiyəli baş nazir müsahibə zamanı Türkiyədə yaşayan 100 min erməninin deportasiya oluna biləcəyi ilə bağlı İrəvana xəbərdarlıq etmişdi. Məsələyə münasibət bildirən Ermənistanın baş naziri Tiqran Sarkisyan bu cür açıqlamaların iki ölkə arasında normallaşma prosesinə müsbət təsir edə bilməyəcəyini vurğulayıb.
" Türkiyə baş nazirinin bu cür açıqlamaları nəinki iki ölkə arasındakı münasibətlərin nizamlanmasına kömək edir, hətta tez-tez "erməni soyqırımı"nı xatırlamağa məcbur edir", - deyə o vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: