Ərdoğan Əhmədinejadla görüşüb
23 Dekabr 2010 Cümə Axşamı 11:40
Görüşdə regional və beynəlxalq məsələlər müzakirə olunub
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla bu ölkədə səfərdə olan İran prezidenti Mahmud Əhmədinejadla görüşüb. Görüşdə liderlər ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər. Tərəflər münasibətlərin gələcək perspektivi ilə bağlı fikir mübadiləsi aparıblar və bu istiqamətdə atılacaq addımların regional, eləcə də beynəlxalq təhlükəsizliyin təmin olunmasına kömək edəcəyinə inandıqlarını bildiriblər.

Qeyd edək ki, Baş nazirlə prezidentinin görüşündə, Türkiyə və İranın xarici işlər nazirləri Əhməd Davudoğlu və onun müvəqqəti həmkarı olan Əli Əkbər Salihi də iştirak edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar