Ərdoğan Daily Telegraph qəzetini məhkəməyə verib
14 Dekabr 2010 Çərşənbə Axşamı 23:10
Səbəb nəşrin internet səhifəsində qeyri-dəqiq məlumatların yer almasıdır
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İngiltərənin "Daily Telegraph" qəzetinə qarşı məhkəmədə iddia qaldırıb. Türkiyə kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, nəşr internet səhifəsində Ərdoğanın rəhbəlik etdiyi Ədalət və İnkişaf Partiyasının İran tərəfindən maliyyələşdirdiyini iddia edən məlumatlar yerləşdirib.
KİV-in məlumatına görə, Ərdoğan bu ilin sentyabrında mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən iclasda bildirib ki, onlara heç bir sənəd təqdim edilməyib: "Biz Türkiyə və Böyük Britaniyada bu prosesə start vermişik. Bu, kəskin cavabdır, lakin ittihamlar da son dərəcə qeyri-dəqiqdir”.
DOSTLARINLA PAYLAŞ: