Ərdoğan bu gün İngiltərəyə gedir
30 Mart 2011 Çərşənbə 05:31
Ərdoğan İngiltərə kraliçası II Yelizaveta, baş nazir Devid Kamerun və baş nazirin müavini Nik Kleqlə görüşəcək
Türkiyənin baş naziri Rəcəb Tattib Ərdoğan həmkarı Devid Kamerunun dəvəti ilə bu gün İngiltərəyə rəsmi səfərə yola düşəcək. Baş nazirlik rəsmi internet saytının yaydığı məlumata görə, iki gün davam edəcək səfərdə Ərdoğan İngiltərə kraliçası II Yelizaveta, baş nazir Devid Kamerun və baş nazirin müavini Nik Kleqlə görüşəcək. Bundan başqa baş nazir Ərdoğan İngiltərənin böyük mətbu orqanlarından biri olan “Bloomberg” telekanalına müsahibə verəcək.
DOSTLARINLA PAYLAŞ: